FAQ
makan.az haqqında tez-tez verilən suallar və cavablar. Elan yerləşdirmək, VIP paketlər və digər məlumatlar.
Agentliyi Makan.az-da necə qeydiyyatdan keçirmək olar?
Qeydiyyat səhifəsini açın, şirkətin və məsul şəxsin məlumatlarını, telefon nömrəsini, e-poçt ünvanını və şifrəni daxil edin. Qeydiyyat tamamlandıqdan sonra şəxsi kabinetə avtomatik daxil olacaqsınız.
Makan.az-da elan necə yerləşdirmək olar?
Yeni elan bölməsini açın, əmlak məlumatlarını, keyfiyyətli şəkilləri və əlaqə nömrəsini əlavə edin. E-poçt və telefon təsdiqindən sonra elanı yoxlanışa göndərin.
Elan yerləşdirmək pulsuzdurmu?
Şəxsi istifadəçi eyni təsdiqlənmiş telefon nömrəsi ilə 15 təqvim günü ərzində maksimum 2 elanı pulsuz yerləşdirə bilər. Biznes hesabına aktiv Start, VİP və ya Premium agentlik paketi lazımdır.
Elanı necə redaktə etmək olar?
Agentlik hesabında şəxsi kabinetə daxil olub «Elanlar» bölməsindən lazım olan elanı seçin. Şəxsi elan üçün elanı yerləşdirərkən istifadə etdiyiniz təsdiqlənmiş giriş məlumatlarından istifadə edin.
Şifrəni necə bərpa etmək olar?
Şifrəni unutmusunuz? səhifəsində qeydiyyatdan keçmiş e-poçt ünvanını daxil edin. Məktubdakı keçid vasitəsilə yeni şifrə təyin edin. Məktub gəlməzsə, Spam qovluğunu yoxlayın.
Agentlik paketini necə almaq olar?
Agentlik hesabına daxil olun, şəxsi kabinetdə «Paketlər» bölməsini açın, uyğun paketi seçin və ödənişi tamamlayın. Uğurlu ödənişdən sonra paket kabinetdə aktiv görünəcək.
Hansı agentlik paketləri mövcuddur?
Start — 5 ₼: 10 elan, 14 gün. VİP — 10 ₼: 20 elan, 21 gün. Premium — 15 ₼: 30 elan, 28 gün. Elanlar yalnız paketin qüvvədə olduğu müddətdə və limit daxilində yerləşdirilir.
Elanı necə irəli çəkmək olar?
Dərc olunmuş elanın səhifəsində «Elanı irəli çək» düyməsini seçin, uyğun xidməti qeyd edin və ödənişi tamamlayın. Xidmət ödəniş təsdiqləndikdən sonra aktivləşir.
Elanı irəli çək, VIP və Premium xidmətləri nə ilə fərqlənir?
Elanı irəli çək — 3 ₼: 24 saat, hər 8 saatdan bir qaldırma. VIP — 15 ₼: 17 gün, hər 8 saatdan bir qaldırma. Premium — 25 ₼: 24 gün, hər 4 saatdan bir qaldırma.
Sayt administrasiyası ilə necə əlaqə saxlamaq olar?
Qeydiyyat, giriş, elan və texniki məsələlər üzrə [email protected] ünvanına yaza və ya WhatsApp/telefon vasitəsilə (070) 215-75-78 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Makan.az-da reklam necə yerləşdirmək olar?
Banner və digər reklam formatlarının yerləşdirilməsi üçün [email protected] ünvanına məhsul və ya xidmətiniz, istədiyiniz reklam formatı və müddəti barədə məlumat göndərin.
Bakıda mənzil qiymətləri necədir?
Qiymətlər əraziyə, binanın növünə və vəziyyətinə, otaq sayına, sahəyə və təmirə görə dəyişir. Aktual təklifləri müqayisə etmək üçün axtarış filtrlərindən istifadə edin.